Xəbərlər

Ukraynada yüksək səviyyəli rəsmilər silsilə istefalar veriblər

Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina istefa ərizəsini təqdim edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat verib.

“Müraciətə növbəti plenar iclaslardan birində baxılacaq”, – o bildirib.

Bundan əvvəl Stefançuk bildirib ki, ədliyyə naziri Denis Malyuska, strateji sənayelər naziri Aleksandr Kamışin və ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets istefa ərizələrini təqdim ediblər.