Xəbərlər

Ukraynanın dövlət nümayəndələri Parisə səfər edib

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Ukraynanın müdafiə naziri Rustem Umerov və xarici işlər naziri Andrey Sibiha ilə birlikdə Parisə gəldiyini və burada ABŞ nümayəndələri ilə görüşlərin planlaşdırıldığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə o teleqram kanalında qeyd edib.

“Hazırda Fransada olan ABŞ nümayəndələri ilə görüşlər planlaşdırılır. Ukrayna nümayəndə heyəti Parisdə Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri ilə də görüşəcək”, – Yermak əlavə edib.