Xəbərlər

Ukraynaya yardım missiyası yaradılır

NATO Ukrayna üçün təhlükəsizlik yardımı, təlim missiyası və birgə təhlil, təlim və təhsil mərkəzinin yaradılmasını elan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə məlumat Vaşinqtonda keçirilən sammitin bəyanatında yer alıb.

Bəyanata görə, sammitdə müttəfiqlər və tərəfdaşlar tərəfindən Ukraynaya hərbi texnika verilməsi və təlimlərin təşkilini əlaqələndirmək üçün NATO-nun Ukraynada Təhlükəsizliyə Yardım və Təlim (NSATU) missiyasının yaradılması qərara alınıb.