Xəbərlər

Ümumdünya Səhiyyə Təşkilatı: “Qəzzada qırğına son qoyulmalıdır”

“Qəzzada qırğına son qoyulmalıdır. Artıq Qəzzanın şimalında heç bir xəstəxana tam fəaliyyət göstərmir və Qəzzada yalnız “bir ovuc” səhiyyə müəssisəsi fəaliyyət göstərməkdədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus söyləyib.

Baş direktor 600-dən çox xəstə və əksər tibb işçisinin xəstəxananı tərk etməli olduğunu və bu insanların harada yerləşdikləri barədə məlumatlı olmadıqlarını qeyd edib.

“Son həftələrdə hər gün xəstəxanaya 10-15 ölü və 45-50 yaralı gətirilib, lakin son günlərdə bu rəqəm onlarla ölü və 120-dən çox yaralıya qədər artıb”, – Qebreyesus əlavə edib.

O, sonda Qəzzada fəaliyyətdə olan xəstəxananın funksionallağına zərər vurmağın “mənəvi və tibbi rüsvayçılıq” olacağını vurğulayıb.