Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Kənan Fərzəlili beynəlxalq NASA (National Aeronautics and Space Administration) təşkilatının əsas veb-saytında səhv aşkarlayaraq, şirkətin məlumat mərkəzinə bu barədə yazılı məruzə edib.
“Füyuzat”ın AzEdu.az – a istinadən məlumatına görə, UNEC tələbəsinə NASA tərəfindən saytda aşkarladığı yanlışlığa görə təşəkkür məktubu göndərilib. Kənan Fərzəlilinin adı kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan “Bugcrowd – Hall of fame” siyahısına daxil edilib.
Kənan Fərzəlili informasiya təhlükəsizliyi sahəsi üzrə UNEC-də aldığı bilik və bacarıqlar sayəsində kibertəhlikəsizlik üzrə peşəkar mütəxəssis kimi yetişərək, ilk uğuruna imza atmış olub.