Xəbərlər

UNICEF: Qəzzalı uşaqlar kabusu bitirmək üçün öldürüləcəklərini ümid edirlər

“Qəzzalı uşaqlar kabusa son qoymaq üçün öldürüləcəklərini ümid edirlər”.

“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder söyləyib.

“Qəzzada vəziyyət “tabutda yatmaq kimi”dir, Qəzza gecə yarısı bombardman edildi və insanlar yataqda yaxalandı”, – Elder bildirib.

Elder Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Ramazan ayında Qəzzada dərhal atəşkəs tələbi ilə bağlı qətnaməni qəbul etməsindən sonra bölgədə atəşkəs üçün böyük ümidlərin olduğunu, lakin bu ümidlərin hər gecə bombalarla məhv edildiyini ifadə edib.

O bildirib ki, keçid məntəqələri açılsa, onlar bir neçə gün ərzində Qəzzadakı humanitar böhranı aradan qaldıra bilərlər, lakin keçidlər bağlanıb.