Xəbərlər

Universitetlərə qəbul olunanların qeydiyyat prosesinin müddəti uzadılıb

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi sentyabrın 9-u saat 18:00-a qədər uzadılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Abituriyentlər https://portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.