Xəbərlər

UNRWA: İsrail və ABŞ-ın dəstəklədiyi Qəzzaya yardım fondu insanların həyatını riskə atır

“İsrail və ABŞ tərəfindən dəstəklənən Qəzza Humanitar Fondunun (GHF) fəaliyyəti insanların həyatını riskə atır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrail-Amerika modeli çərçivəsində Qəzzada yardımın paylanması insanların həyatını riskə atır və resursları israf edir. İsrail blokadanı qaldırmalı və Qəzzaya yardım çatdırmaq, onu paylamaq üçün bizə təhlükəsiz və maneəsiz çıxışa icazə verməlidir”, – agentlikdən bildirilib.