“İsrailin hücumları altında olan Qəzza zolağında atəşkəs əldə olunmasa, bir nəsil məhv olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Philippe Lazzarini bildirib.
Uşaqların dünyanın heç bir yerində heç bir uşağın görməməli və yaşamaması lazım olan hadisələri yaşadıqlarına diqqət çəkən UNRWA-nın Baş Komissarı çoxlu sayda insanın öldüyünü və yaralandığını, sağ qalanların isə dərin travmalar yaşadığını qeyd edib.
O bildirib ki, İsrailin hücumları nəticəsində məktəblər dağıdılıb.
Lazzarini əlavə edib ki, dağıntılar altında hələ də minlərlə ölü var: “İnsanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir”.