“Qış soyuqları və humanitar yardımların azalması fonunda Qəzza zolağında vəziyyət kritikdir”.
“Füyuzat”ın məlumatına görə, bunu BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini deyib.
“Bizim atəşkəsə və qış malları da daxil olmaqla, vacib malların tədarükünün axınına ehtiyacımız var. Ədyal, döşək və digər qış ləvazimatlarının daşınması icazə verilməməsi səbəbindən aylardır dayandırılıb”, – Lazzarini əlavə edib.