Xəbərlər

UNRWA: Sentyabrda Qəzzada 1,4 milyon insan ərzaq yardımı almayıb

Qəzza zolağında 1,4 milyondan çox fələstinli sentyabr ayında ərzaq yardımı almayıb.

“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib.

“Qəzzada aclıq bölgənin bütün tərəflərinə sürətlə yayılır. Bu, tamamilə, süni xarakter daşıyır. Çünki bu aclıq insanlar tərəfindən yaradılır. Yardımın çatdırılmasında məhdudiyyətlər və gecikmələr məcburi köçkün ailələrinin onsuz da ağır vəziyyətini daha da pisləşdirir, qışın yaxınlaşması və hava şəraitinin pisləşməsi ilə kifayət qədər humanitar yardımın olmaması onların əzablarını daha da artıracaq. Avqustda Qəzzada 1 milyondan çox insan qida payı almayıb. Sentyabrda isə bu rəqəm 1,4 milyonu ötüb”, – Lazzarini qeyd edib.