“Amerika hərbçiləri Suriyada olmamalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts deyib.
“Tramp tamamilə haqlıdır. Onun xalqın səsini aldığı əsas mövqelərindən biri bu idi: Bizi Yaxın Şərq müharibələrinə sürükləməyin. Biz ABŞ qoşunlarının Suriya ətrafında dolaşmasını istəmirik”, – o əlavə edib.