Xəbərlər

Uolts: Trampın qələbəsi Qərbin Ukrayna münaqişəsinə yanaşmasını dəyişdi

“Respublikaçı Donald Trampın ABŞ seçkilərində qələbəsindən sonra Qərbin Ukrayna münaqişəsinə yanaşması dəyişdi”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Mayk Uolts deyib.

“Tramp açıq şəkildə bildirdi ki, müharibə bitməlidir. Həm Avropa liderləri, həm də Ukrayna bu fikirə uyğunlaşır. Bizim topladığımız komandanın əsas məsuliyyəti danışıqlar masasının arxasında kimin əyləşməli olduğunu və nəhayət, bizim maraqlarımıza ən yaxşı şəkildə xidmət edən razılaşmanın əldə edilməsinin şərtlərinin nədən ibarət olduğunu müəyyən etməkdir”, – Uolts əlavə edib.