Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Leyen “X” hesabında paylaşım edib.
“Bu, mənim Kiyevə səkkizinci səfərimdir”, – o qeyd edib.
Leyen Kiyevdə müdafiə məsələlərini, həmçinin G7-dən Ukraynaya kredit verilməsini müzakirə etmək niyyətindədir.