Xəbərlər

Uşakov: Putinin Ukrayna ilə bağlı təklifləri ləğv edilməyib

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynada nizamlanma ilə bağlı təklifləri qüvvədə qalır, lakin Kursk bölgəsində Ukrayna qüvvələrinin təxribatını nəzərə alaraq Moskva və Kiyev arasında danışıqlar mümkün deyil”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.

“Putinin təklifləri ləğv edilməyib, lakin hazırda danışıqlar prosesinin olması tamamilə yersizdir. Mümkün danışıqların vaxtı vəziyyətdən, o cümlədən döyüş meydanından asılıdır. Bilmirəm ABŞ prezident seçkiləri vəziyyətə nə dərəcədə təsir edir, ya yox, amma meydandakı vəziyyət, xüsusən də Kursk bölgəsindəki vəziyyət, əlbəttə ki, təsir edir”, – Uşakov bildirib.