Rusiya və ABŞ yaxın günlərdə iki ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş barədə razılığa gəliblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Amerika tərəfinin təklifi ilə yaxın günlərdə ən yüksək səviyyədə ikitərəfli görüşün, yəni iki ölkə başçısının görüşməsi ilə bağlı prinsipial razılıq əldə edilib”, – diplomat bildirib.



