Xəbərlər

ÜST Qəzzada atəşkəsi bərpa etməyə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus tibb işçilərinə qarşı hücumları dərhal dayandırmağa və Qəzza zolağında atəşkəs rejiminə qayıtmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə baş direktor “X” hesabında bildirib.

“Qəzzada vəzifə borcunu yerinə yetirən 8 Fələstinli Qızıl Aypara Cəmiyyətinin təcili yardım işçisinə ölümcül hücum qınanılmalıdır. Beynəlxalq humanitar hüquqa əsasən, tibb işçiləri hər zaman qorunmalıdır. Biz həmkarlarımızın ölümünə yas tuturuq. Biz səhiyyə və humanitar işçilərə qarşı hücumları dərhal dayandırmağa çağırırıq. Atəşkəsi bərpa edin”, – Qebreyesus qeyd edib.