“Dünyada yeni bir təhlükəli xəstəlik, yeni pandemiya başlaya bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus xəbərdarlıq edərək, ölkələri pandemiyanın qarşısını almaq üçün ümumi razılaşma üzərində işi gücləndirməyə çağırıb.
Verilən məlumata görə, o, ÜST-ə üzv ölkələrin səfirləri ilə bu barədə danışıb.
“Münaqişələr, geosiyasi və iqtisadi təlatümlər fonunda COVID-19 pandemiyası indi uzaq bir yaddaş kimi görünür. Ancaq növbəti pandemiya hər şeyin sakitləşməsini gözləməyəcək. Bu, 20 il və ya daha çox müddətdə, bəlkə də bu yaxınlarda, elə günü sabah baş verə bilər. Biz hər şeyə hazır olmalıyıq. Buna görə də ÜST-nin pandemiya müqaviləsini məntiqi sona çatdırmaq üçün dünyanın sizin iştirakınıza və rəhbərliyinizə ehtiyacı var. Qlobal sağlamlıq təhlükəsizliyinə nail olmaq koordinasiya edilmiş səylər və ümumi təhdidlərə ümumi yanaşma tələb edir”, – o vurğulayıb.



