Xəbərlər

Vahid İbayev “Füyuzat” jurnalının qonağı olub

“Füyuzat” jurnalının yazarı, Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru, araşdırmaçı Vahid İbayev redaksiyamızın qonağı olub.

“Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu qonaqla görüş keçirib, qonağa “Füyuzat” dərgisinin 145-ci nömrəsi hədiyyə edilib. Qeyd edək ki, bu sayda tədqiqatçı Vahid İbayevin “Pakistanın azərbaycanəsilli Baş naziri” yazısı da yayımlanıb.

Vahid İbayev “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.