Xəbərlər

Vals: Trampın Ukraynadakı nümayəndəsi sülhə sadiqdir

“ABŞ-ın yen seçilmiş prezidenti Donald Trampın gələcək xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə sadiqdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals deyib.

“Keyt həyatını ölkəmizi müdafiə etməyə həsr edib və Ukraynadakı müharibənin sülh yolu ilə sona çatmasına sadiqdir”, – Vals əlavə edib.