Xəbərlər

Vanq Venbin: Çin Fələstindəki böhranın həlli üçün ərəb ölkələri ilə işləməyə hazırdır

Çin İsrail və Fələstin arasında davam edən münaqişəni yumşaltmaq və böhranın iki dövlətli həllinə nail olmaq üçün ərəb ölkələri ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

“Çin cari gərginliyin azaldılmasına və Fələstin probleminin iki dövlətli həll yoluna qaytarılmasına kömək etmək üçün koordinasiya və əməkdaşlığı gücləndirmək üçün ərəb ölkələri ilə işləməyə davam etməyə hazırdır”, – Vanq Venbin deyib.

Vanq Venbin Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalant, habelə HƏMAS-ın üç liderinin həbsinə order verilməsi ilə bağlı qərarın obyektivliyinə ümid etdiyini bildirib.