Xəbərlər

Vanq Yi: Cənubi Çin dənizindəki təxribatlar nəticəsiz qalmayacaq

“Çin öz suverenliyini və dəniz hüquqlarını müdafiə etməyə davam edəcək və Cənubi Çin dənizindəki təxribatları cavabsız qoymayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi mətbuat konfransı zamanı deyib.

“Çin qanuna uyğun olaraq öz suverenliyini, dəniz hüquqlarını və maraqlarını qorumağa davam edəcək. Huanqyan adasına nəzarətin həyata keçirilməsi Çinin praktiki ehtiyaclara uyğun olaraq humanitar ruhunu əks etdirəcək. Hər hansı təxribatlar nəticəsiz qalmayacaq”, – Vanq Yi qeyd edib.