“Çin beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq Fələstin xalqını dəstəkləməyə davam edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi söyləyib.
Qeyd edilib ki, Qəzza zolağındakı böhranın həlli üçün “Fələstin fələstinlilərindir və onu fələstinlilər idarə etməlidir” prinsipinə əməl olunması zəruridir.