Xəbərlər

Vanq Yi: Çin və Rusiya arasında qarşılıqlı dəstək siyasəti dəyişməz olaraq qalır

“Dünyada baş verən dəyişikliklərə baxmayaraq, Rusiya və Çin arasında qarşılıqlı dəstək siyasəti dəyişməz olaraq qalır”.

“Füyuzat”ın məlumatına görə, bunu BRİCS ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Vanq Yi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

“Son vaxtlar beynəlxalq vəziyyətdə çoxlu dəyişikliklər baş verib. Dəyişikliklər zamanın normasıdır, lakin Çin və Rusiya arasında qarşılıqlı etimad və dəstək siyasəti dəyişməz olaraq qalır”, – Vanq Yi əlavə edib.