Xəbərlər

Vanq Yi: Çin və Rusiya BRİCS-də koordinasiyanı gücləndirməlidir

“Çin və Rusiya BRİCS çərçivəsində koordinasiyanı birgə gücləndirməli və inkişaf etməkdə olan ölkələr arasında həmrəylik və əməkdaşlığı dərinləşdirməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Vanq Yi Rio-de-Janeyroda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

“BRİCS ölkələrinin birliyi və əməkdaşlığı getdikcə strateji əhəmiyyət kəsb edir. BRİCS-in təsisçilərindən biri kimi Çin və Rusiya bu platformada koordinasiya və əməkdaşlığı gücləndirməli, inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan bazar iqtisadiyyatları ilə dövlətlər arasında həmrəylik və əməkdaşlığı dərinləşdirməlidir”, – Vanq Yi əlavə edib.