Xəbərlər

Vanq Yi: Rusiya ilə Çin qlobal inkişaf və tərəqqi üçün səy göstərəcək

“Çin və Rusiya tədarük zəncirinin sabitliyini qorumağa çalışacaq, qlobal inkişaf və tərəqqi üçün səy göstərəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi Moskva ilə Pekin arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü münasibətilə “Jenmin Ribao” qəzetində dərc olunmuş məqaləsində qeyd edib.

“İki ölkə “Bir kəmər, bir yol” təşəbbüsünün tikintisini və bu təşəbbüsün Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiyasını həyata keçirəcək, beynəlxalq təchizat zəncirlərinin sabitliyini qorumaq üçün birgə işləyəcək və qlobal inkişaf üçün yeni hərəkətverici qüvvələr yetişdirəcək”, – məlumatda bildirilib.