Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin Kazanda keçirilən BRİCS sammiti çərçivəsində keçirilən görüşdə mühüm yeni konsensus əldə ediblər.
“Füyuzat”ın məlumatına görə, bunu Pekində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşündə Çinin xarici işlər naziri Van Yi deyib.
“Bu yaxınlarda Kazanda BRİCS liderlərinin görüşü uğurla keçirildi. Çin və Rusiya başçıları bu il üçüncü görüşünü keçirdi və yeni mühüm razılaşmalar əldə etdilər”, – o qeyd edib.
Van Yi əlavə edib ki, BRİCS sammiti qlobal Cənubun birliyini və özünü gücləndirməsini təşviq edib, eyni zamanda bütün dünyada sabitliyin təmin edilməsində mühüm konstruktiv rol oynayıb.