Xəbərlər

Vanq Yi Rusiyaya səfər edəcək

Çinin xarici işlər naziri Vanq Yinin BRİCS ölkələrinin toplantısında iştirak etmək üçün sentyabrın 11-12-də Sankt-Peterburqa səfər edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq deyib.

“Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun dəvəti ilə Vanq Yi BRİCS Ali Nümayəndələrinin Təhlükəsizlik Məsələləri üzrə 14-cü toplantısında iştirak etmək üçün sentyabrın 11-12-də Sankt-Peterburqa səfər edəcək”, – Ninq bildirib.