C. Cabbarlı adına “Azərbaycanfilm“ kinostudiyası 9 nominasiyada “Qızıl Pəri“ mükafatına layiq görülüb.
Daha.az xəbər verir ki, Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri–2025” kino mükafatının qalibləri açıqlanıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı və iştirakı olan filmlər 9 nominasiyada mükafata layiq görülərək müsabiqənin ən uğurlu iştirakçılarından biri olub.
Qaliblərin siyahısı aşağıdakı kimidir:
Ən yaxşı bədii film – “Həyat, deyəsən, gözəldir”, rejissor Vaqif Mustafayev (Azərbaycanfilm)
Ən yaxşı rejissor işi – Asif Rüstəmov, “Mərmər soyuğu” filminə görə (Azərbaycanfilm, BMM, İTV)
Ən yaxşı təsvir rejissoru – Orxan Abbasov, “Həyat, deyəsən, gözəldir” və “Məryəm” filmlərinə görə (Azərbaycanfilm)
Ən yaxşı orijinal musiqi – Azər Hacıəsgərli, “Məryəm” filminə görə (Azərbaycanfilm)
Ən yaxşı aktyor – Hikmət Rəhimov, “Həyat, deyəsən, gözəldir” filmindəki roluna görə (Azərbaycanfilm)
Ən yaxşı montaj – Əsgər Rəhimov, “Həyat, deyəsən, gözəldir” filminə görə (Azərbaycanfilm)
Ən yaxşı qrim rəssamı – Adilə Fərruxova, “Həyat, deyəsən, gözəldir” filminə görə (Azərbaycanfilm)
Ən yaxşı səs rejissoru – Tariyel Həsənzadə, “Həyat, deyəsən, gözəldir” filminə görə (Azərbaycanfilm)
Ən yaxşı “Film-portret” – “Millət naminə. Ə.K. bəy Mehmandarov”, rejissor Yavər Rzayev (Azərbaycanfilm)
Qeyd edək ki, “Qızıl Pəri” mükafatı ölkənin kino sahəsində əldə olunan nailiyyətlərin qiymətləndirilməsi məqsədilə hər il təqdim olunur.



