Xəbərlər

Vaşinqton Ukraynaya Kursk bölgəsində ATACMS-dən istifadə etməyə icazə verib

Ağ Ev təsdiq edib ki, o, Ukrayna Silahlı Qüvvələrinə Kursk vilayətində və ətraf ərazilərdə özünümüdafiə üçün ATACMS uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.

“Füyüzat”ın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Onlar təcili ehtiyac yarandıqda özünümüdafiə üçün ATACMS-dən istifadə edə bilərlər və hazırda bu Kursk bölgəsində baş verir. Biz təlimatları dəyişdirdik və onlara müəyyən növ hədəfləri vurmaq üçün sözügedən raketlərdən istifadə etmək icazəsi verdik”, – “Business Insider” müxbiri Ceyk Epşteyn Kirbidən sitat gətirib.