Xəbərlər

Venesuela livanlılar üçün humanitar yardım göndərib

Venesuela hökumətinin göndərdiyi humanitar yardımın ilk partiyası bazar günü Dəməşqə çatıb. Yardımlar Suriyaya sığınan livanlılara veriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto öz “Telegram” kanalında məlumat yayıb.

“Venesuela xalqı və hökuməti tərəfindən göndərilən tonlarla ərzaq, dərman və ilkin tələbat malları İsrail dövlətinin hücumlarından əziyyət çəkən livanlı qardaş və bacılarımız üçün Dəməşqə gətirilib. Bu, daha yaxşı gələcək uğrunda mübarizə aparan insanlara dəstək olmaq məqsədilə yaradılmış həmrəylik körpüsü çərçivəsində ilk yük daşınmasıdır”, – məlumatda bildirilib.