Xəbərlər

Venesuela və Qayana mübahisəli Esequibo bölgəsində razılıq əldə edib

Venesuela və Qayana neftlə zəngin və mübahisəli Esequibo bölgəsindəki gərginliyi həll etmək üçün gücdən istifadə etməmək barədə razılaşıb.

”Füyuzat”ın məlumatına görə, sözügedən razılaşmanı Venesuela Prezidenti Nikolas Maduro və Qayana prezidenti İrfaan Əli Karib adasında yerləşən Sent Vinsent və Qrenadin adalarında görüşü zamanı əldə edib.

Tərəflərin razılığına əsasən, bu ölkələr bir-birini birbaşa və ya dolayı yollarla təhdid və heç bir şəraitdə, o cümlədən iki dövlət arasında mövcud olan hər hansı mübahisədən irəli gələn məsələlərdə bir-birinə qarşı güc tətbiq etməyəcəklər.

Dövlət başçıları iki dövlət arasında istənilən mübahisəni beynəlxalq hüquq normalarına uyğun həll etmək barədə razılıq əldə edib.