Venesuelada katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin vəfatı ilə əlaqədar 3 günlük milli matəm elan edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edilib ki, bu müddət ərzində bütün dövlət qurumlarında, mülki və hərbi təyinatlı binalarda bayraqlar yarıya endiriləcək, ölkədə heç bir ictimai festival və ya şənlik olmayacaq.
Qeyd edək ki, Argentina və Braziliyada da Fransiskin ölümü ilə bağlı 7 günlük milli matəm elan edilib.