Xəbərlər

Vens: Avropa Rusiyanı əsas təhlükə adlandırmaqda yanılır

“Avropalı siyasətçilər Rusiyanın Avropa üçün əsas təhlükə olduğunu iddia etməkdə səhv edirlər, halbuki əslində təhlükə onların daxili problemlərindən qaynaqlanır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens “Newsmax” telekanalına müsahibəsində bildirib.

“Etiraf etməliyik ki, Avropa üçün əsas təhlükə Çin və ya Rusiya deyil. Əsas təhlükə onun daxili problemləridir: Avropanın mədəni bünövrəsini məhv edən miqrasiya siyasəti, rəqabət qabiliyyətini azaldan iqtisadi siyasət, təhlükəsizlik siyasəti. Onların liderləri deyirlər ki, Rusiya dünyada əsas təhlükədir. Amma eyni zamanda, onlar milyardlarla dollar dəyərində Rusiya qazını alırlar, buna baxmayaraq Avropanın ümumi daxili məhsulunun 1 faizini müdafiəyə sərf etmirlər”, – Vens qeyd edib.