Xəbərlər

Vens: Harris ABŞ-ı nüvə müharibəsinə apara bilər

“ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə ölkəni nüvə müharibəsinə aparacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidentliyinə namizəd Ceyms Devid Vens deyib.

“Donald Tramp nüvə müharibəsinin qarşısını alan adamdır və əgər ehtiyatlı olmasaq, Kamala Harris bizi birbaşa nüvə müharibəsinə aparacaq”, – Vens bildirib.