Xəbərlər

Vens və Makron bəzi məsələləri müzakirə ediblər

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və Fransa prezidenti Emmanuel Makron arasında Parisdə görüş olub. Tərəflər iki ölkə arasında ticarət, süni intellekt sahəsində əməkdaşlıq və Ukraynadakı münaqişəni müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Vens və Makron ABŞ və Fransa arasında balanslaşdırılmış ticarətin təmin edilməsi də daxil olmaqla, bir sıra məsələlər üzrə məhsuldar söhbət aparıblar. Bundan əlavə, onlar Ukraynada müharibənin dayandırılmasına dair ortaq öhdəliklərini və süni intellekt modellərinin təkmilləşdirilməsində ABŞ-Fransa əməkdaşlığını da müzakirə ediblər”, – məlumatda bildirilib.