Xəbərlər

Vilayəti: Qərb Ukraynanı qurban verib

“Qərb dövlətləri öz siyasi maraqları naminə postsovet respublikası ərazisində münaqişəyə səbəb olaraq, Ukraynanı qurban verdilər”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti deyib.

“Qərb Rusiyanı təhrik etmək üçün beynəlxalq reallıqları bilməyən bir lider təyin etdi. Postsovet respublikası Qərbin siyasi məqsədlərinə qurban verilib. Ukraynadakı vəziyyət Rusiyanın xeyrinə dəyişir”, – “İRNA” agentliyi Vilayətinin sözlərindən sitat gətirib.

O, həmçinin 2025-ci ildə yeni ABŞ administrasiyası dövründə Vaşinqtondan Kiyevə yardımın azaldılması perspektivlərini də qeyd edib.