Rusiya Prezidenti Vladimir Putin Vyetnama səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, Vladimir Putin bu səfər çərçivəsində Vyetnam rəhbərliyi, o cümlədən Kommunist Partiyasının baş katibi Nquyen Phu Trong və Prezident To Lam ilə görüşə hazırlaşır.
Vyetnam və Rusiya liderləri iki ölkə arasındakı əlaqələri genişləndirmək barədə razılığa gəliblər.
Kremlin məlumatına görə, səfərdən əvvəl Putin Vyetnam Kommunist Partiyasının rəsmi qəzetinə yazdığı məqalədə Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı “balanslı mövqeyinə” görə Vyetnama təşəkkür edib.
“Biz vyetnamlı dostlarımıza Ukrayna böhranı ilə bağlı balanslaşdırılmış mövqelərinə və onu sülh yolu ilə həll etmək üçün praktiki yolların axtarışını asanlaşdırmaq istəyinə görə minnətdarıq. Bütün bunlar bizim münasibətlərimizin ruhuna və təbiətinə tam uyğundur”, – deyə Putin bildirib.