Xəbərlər

Volodin Hindistanda baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Əhmədabadda sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Hindistan parlamentinin Xalq Palatasının sədri Om Birlaya başsağlığı verib.

“Füyuzat“ın məlumatına görə, bu barədə Dövlət Dumasının saytında məlumat verilib.

“Vyaçeslav Volodin sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar Om Birlaya dərin hüznlə başsağlığı verib”, – məlumatda deyilir.

Volodin hadisə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, eləcə də xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, Hindistanın qərbindəki Əhmədabad hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsi tibb kollecinin kampusuna çırpılıb. O, Əhmədabaddan Londona uçurdu. Təyyarədə olan bütün sərnişinlər həyatını itirib.