“Rusiya prezidenti Vladimir Putinə sui-qəsd planı və bu mövzuda müzakirələr cinayətdir və qlobal təhlükəsizliyə ciddi təhdiddir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Putinə sui-qəsd planı nüvə müharibəsinə aparan birbaşa yoldur. Hazırkı sərt qarşıdurma fonunda Rusiya cəmiyyəti qarşılaşdığımız çağırışların və təhdidlərin səviyyəsini anlamalı və öz məsuliyyətini dərk etməlidir”, – Volodin əlavə edib.