Xəbərlər

Von der Leyen: Qərb əvvəlki formada mövcud deyil

“Qərb əvvəlki formada mövcudluğunu dayandırıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa Komissiyasının (AK) sədri Ursula Von der Leyen
aprelin 15-də “Die Zeit” qəzetinin Avropa İttifaqının Qərb dünyasının yeni lideri olub-olmaması ilə bağlı sualına cavabında bildirib.

“Bildiyimiz kimi Qərb artıq mövcud deyil. Dünya, o cümlədən geosiyasi baxımdan qlobus halına gəlib və bu gün tarif müzakirələrindən də göründüyü kimi, bizim dostluq şəbəkələrimiz bütün dünyanı əhatə edir”, – o əlavə edib.