Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Söhbət zamanı Ukraynadakı münaqişə və onun Avropa İttifaqına (Aİ) qəbul prosesi müzakirə edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Leyen “X”də yazıb.
“Mən Volodimir Zelenski ilə son bir neçə gündə baş verənlər barədə danışdım. Biz Ukrayna probleminin danışıqlar yolu ilə həlli istiqamətində növbəti addımları, Ukraynanın gələcək Aİ üzvlüyünü və bərpasını müzakirə etdik”, – o qeyd edib.
Von der Leyen həmçinin bildirib ki, Aİ “davamlı və ədalətli sülhün təmin edilməsi üçün fəal rol oynamağa davam edəcək”.



