Xəbərlər

Vuçiç: Avropa serblərə qarşı güc nümayiş etdirmək istəyir

“Avropanın Rusiya və Çinlə qarşı-qarşıya gələ bilməməsi onu serblərə qarşı güc nümayiş etdirməyə məcbur edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

“Onu da nəzərə almalısınız ki, Avropada çoxları öz gücünü kiməsə nümayiş etdirməlidirlər. Onlar bunu nə Rusiyada, nə də Çində nümayiş etdirə bilərlər. İdeal fürsət bunu Serbia Respublikasında nümayiş etdirməkdir. Biz həmişə səhvən düşünürdük ki, kimsə kənardan, xüsusən də Qərbdən Serbiyanın problemlərini ədalətli həll etməyə çalışacaq. Biz bunu düşünməklə təssüf ki, yanılmışıq”, – dövlət başçısı əlavə edib.