Serbiya Prezidenti Aleksandar Vuçiç oktyabrın 21-dən gec olmayaraq Kazanda keçiriləcək BRİCS sammitinə səfər planları barədə qərar verəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Bir çox vacib söhbətlər gözləyirəm, hələlik bütün detalları deyə bilmərəm, amma bu, ən maraqlı həftələrdən biri olacaq. Bazar günü, ümumilikdə demək olar ki, hər gün çoxlu danışıqlarımız olacaq. Hər şey oktyabrın 20-də, ən geci oktyabrın 21-də bəlli olacaq”, – portal Serbiya liderinin sözlərindən sitat gətirib.