“Bir neçə dünya lideri Rusiya prezidenti Vladimir Putinlə gizli danışıqlar aparır”.
“Füyuzat”ın məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
“Mən Putini üç ildir görmürəm, ancaq bir çox dünya lideri onunla danışıqlar aparır. Mən onunla gizli danışan ən azı iki nüfuzlu dünya liderini tanıyıram”, – o qeyd edib.
Vuçiç Rusiya prezidenti ilə sonuncu dəfə 2021-ci il noyabrın 25-də Soçidə görüşdüyünə aydınlıq gətirib.
Verilən məlumata görə, onların növbəti görüşü mayın 9-na təyin edilib.