Serbiya prezidenti Aleksandr Vuçiç Avropa İttifaqının (Aİ) belə bir səfərin namizəd ölkə üçün qəbuledilməz olacağı barədə xəbərdarlığına baxmayaraq, mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcəyini təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
“Yaxın vaxtlarda Moskvada iştirakımızı elan etdiyimiz tədbirlə bağlı təzyiqlərə məruz qalacağıq. Lakin mən fikrimi dəyişməyəcəyəm. Biz təzyiqlərə hazırıq”, – o əlavə edib.