Serbiya prezidenti Aleksandar Vuçiç Belqradın mərkəzində keçirilən və 30 minə qədər insanı əhatə edən etiraz aksiyasının bitməsindən sonra ölkədə sülh və sabitliyin vacib olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Serbiya prezidenti mətbuata açıqlamasında bildirib.
“Belqradda böyük bir mitinq oldu. Bu, son dərəcə böyük bir mitinqdir. Etirazçılar müxalif fikirlərə sahibdirlər və mən hər zaman onların fikirlərini dinləməyə və nəyi vacib hesab etdiklərini öyrənməyə hazıram. Hazırda bütün fikir ayrılıqlarımızı bir kənara qoyaraq, ölkədə sülh və sabitliyin bizim üçün çox vacib olduğunu anlamağa çalışaraq birlikdə işləməyə davam etməyimiz vacibdir”, – Vuçiç vurğulayıb.