Xəbərlər

Vuçiç: Tramp Ukraynada atəşkəsə nail ola bilər

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2025-ci ilin yanvarında vəzifəsinin icrasına başladıqdan sonra Ukraynada mümkün atəşkəsin əldə edilməsinə nail bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç “Handelsblatt” qəzetinə müsahibəsində deyib.

“Mən inanıram ki, Donald Tramp bizi sülhə yaxınlaşdıracaq. Bu, həm də Avropa və müharibəyə cəlb olunmaqda maraqlı olmayan Almaniya üçün çox vacib olardı. Sülh yalnız dünyanın ən mühüm oyunçuları arasında danışıqlar başlayanda olacaq”, – Vuçiç əlavə edib.