Xəbərlər

Vuçiç: Ukrayna münaqişəsində üstünlük Rusiyadadır

“Ukrayna münaqişəsində üstünlük Rusiya Federasiyasındadıdır və Qərb üçün Kiyevi maliyyələşdirmək getdikcə çətinləşir”.

“Füyuzat”ın məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Politico” nəşrinə müsahibəsində deyib.

“Rusiyanın Ukraynada döyüş meydanında üstünlüyü var. Əvvəlcə Qərb düşünürdü ki, Ukraynanın müdafiəsinə sərmayə yatırmaq və Kiyevi maliyyələşdirmək asan olacaq. Rusiya iqtisadiyyatının davamlılığı nəticəsində bunu etmək çox çətinləşib”, – Vuçiç qeyd edib.