“Avropa ölkələri Ukraynada nizamlanma üzrə danışıqlarda iştirak edə bilməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Serbiyanın Baş nazirinin köməkçisi Aleksandr Vulin deyib.
“Əgər mən düzgün başa düşürəmsə, indi ABŞ və Rusiya arasında danışıqlar başlayıb. Bu, Rusiyanın ukraynalılarla deyil, bütün Qərblə münaqişəsinin olduğunu sübut edir. ABŞ Qərbin əsas müzakirəçisi kimi çıxış edir, Avropa İttifaqı (Aİ) isə bu prosesə ümumiyyətlə qarışmır. Onların necə iştirak edəcəyinə əmin deyiləm. Aİ yanlış siyasət yürüdür, onlar öz vətəndaşlarına və maraqlarına hörmət etmirlər, ona görə də anti-Rusiya isteriyasına düşüblər. Aİ-nin iqtisadiyyatı və siyasi təsiri zəifləyir”, – o qeyd edib.



